Xamənei 2108 məhkumu əfv edib

A- A A+

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxslərin əfv olunmasına, cəzalarının yüngülləşdirilməsinə və dəyişdirilməsinə dair Ali Məhkəmə sədri Qulamrza Möhsün-Ejein müraciətinə razılıq verib.

NUHÇIXAN xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

Bildirilib ki, ali rəhbər məhkəmə hakimiyyətinin başçısının ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə orqanları və dövlət cəzaçəkmə müəssisələri tərəfindən məhkum edilmiş 2 min 108 şəxsin əfv olunması və ya cəzalarının yüngülləşdirilməsi barədə xahişini təmin edib.

Məlumata görə, Qulamrza Möhsün-Ejei Şəban ayı və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə ayətullah Xameneiyə ünvanladığı məktubda həmin məhkumların əfv olunmasını və ya cəzalarının yüngülləşdirilməsini xahiş etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: