Qırğızıstan və Türkiyə vizasız rejimi 180 günə qədər artıra bilər

A- A A+

Qırğızıstan və Türkiyə vizasız rejimi 90 gündən 180 günə qədər artırmağı planlaşdırır.

NUHÇIXAN Joqorku Keneşə (parlament) istinadən xəbər verir ki, bu barədə parlament sədri Nurlanbek Turqanbek uulunun Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşü zamanı bildirilib.

Tərəflər siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib, parlamentlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xüsusi diqqət yetiriblər. Turqanbek uulu profil komitələr və dostluq qrupları səviyyəsində dialoqun davam etdirilməsinin zəruriliyini qeyd edib.

O vurğulayıb ki, Türkiyə nümayəndə heyətinin Qırğızıstana ötən ilki səfəri parlamentlərarası əlaqələri yeni səviyyəyə çıxarıb və əmin edib ki, indiki görüş əməkdaşlığın gələcək inkişafına, o cümlədən müntəzəm birgə tədbirlər və TÜRKPA kimi beynəlxalq platformalardan istifadəyə təkan verəcək.

Həmçinin tərəflər iqtisadi əlaqələri, o cümlədən ikitərəfli ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması tapşırığını və türk investorların prioritet sahələrə: energetika, dağ-mədən sənayesi və istehsalata sərmayə qoymağa dəvət edilməsi ilə Qırğızıstanda investisiya mühitinin yaxşılaşdırılmasını müzakirə ediblər.

Təşəbbüslər sırasında ölkələr arasında vizasız rejimin 90 gündən 180 günə qədər artırılması təklif olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: