ABŞ-da terror şübhəsi ilə 1400-dən çox miqrant saxlanılıb

A- A A+

ABŞ-da qanunsuz miqrantlarla mübarizə aparmaq üçün genişmiqyaslı kampaniyanın başladığı 2025-ci ilin yanvar ayından bəri xarici vətəndaşlığı olan 7 mindən çox mütəşəkkil cinayətkar qruplaşma üzvü, eləcə də terrorçuluqda şübhəli bilinən 1400-dən çox şəxs saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, Birləşmiş Ştatların Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin direktoru vəzifəsini icra edən Todd Layons bu barədə ABŞ Konqresi qarşısında verdiyi hesabatda deyib.

O, həmçinin 2026-cı ildə qanunsuz miqrantlara, xüsusilə də ağır cinayətlərdə iştirak edən şəxslərə qarşı mübarizənin gücləndiriləcəyini vurğulayıb.

Bir müddət öncə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem 2025-ci ildə 3 milyon miqrantın ABŞ-ı tərk etdiyini, onlardan təxminən 800 mininin zorla deportasiya olunduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: