Qırğızıstanda prezident seçkiləri 2027-ci ilin yanvarında keçirilməlidir.
NUHÇIXAN Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Edil Baysalov sosial şəbəkələrdə məlumat verib.
O bildirib ki, son aylarda bəzi məsuliyyətsiz ünsürlər xalq generalı Kamçıbek Taşiyevin adı arxasında gizlənərək özlərini "tarixin qurucuları" hesab ediblər.
"Məhz bu təxribatçılar və onların açıq-aşkar ambisiyaları Sadır Japarov (Qırğızıstan Prezidenti - red.) ilə Kamçıbek Taşiyev (Dövlət Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri - red.) arasında ixtilafa səbəb olub ki, bu da artıq bütün cəmiyyət və dövlət üçün təhdiddir. Bu, dövlət üçün yolverilməzdir", - o vurğulayıb.
Xəbər verildiyi kimi, 75 nəfər dövlət başçısına müraciət edərək bu il növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.
Qeyd edək ki, dünən Qırğızıstan Prezidenti Kamçıbek Taşiyev Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədrini və onun üç müavinini vəzifəsindən azad edib.
