“Financial Times” qəzetinin çərşənbə günü verdiyi məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də prezident seçkiləri və referendum planını elan etmək niyyətindədir. Bu barədə Kiyevdəki müşavirədə iştirak edən Ukrayna və Avropa rəsmilərinə istinadla məlumat verilib.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, ötən həftə ABŞ ilə Ukrayna arasında danışıqlarda müzakirə edilən çərçivəyə əsasən, istənilən sülh sazişinin Ukrayna seçiciləri tərəfindən referenduma təqdim ediləcəyi və onların eyni vaxtda milli seçkilərdə səs verəcəkləri bildirib. Agentlik əlavə edib ki, rəsmilər milli seçkilərin və referendumun may ayında keçirilməsi ehtimalını müzakirə ediblər.
“Financial Times” qəzetinin bu məsələ ilə tanış olan Ukrayna və Qərb rəsmilərinə istinadla verdiyi məlumata görə, Ukrayna artıq Rusiya ilə sülh sazişi üzrə referendumla yanaşı, prezident seçkilərini də planlaşdırmağa başlayıb.
