Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz

A- A A+

Ukraynanın təhlükəsizliyi təmin olunmayanadək ölkədə seçkilərin keçirilməsindən söhbət gedə bilməz.

NUHÇIXAN xəbər verir ki, “Financial Times” qəzeti bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ətrafından olan mənbəyinə istinadla məlumat yayıb.

Nəşr bir müddət öncə Ukraynanın dövlət başçısının fevralın 24-də ölkədə prezident seçkilərinin keçirilməsi və sülh sazişi üzrə referendumun təşkili planlarını elan edə biləcəyini yazmışdı.

Dekabrın əvvəlində ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyi barədə bəyanatından sonra Volodimir Zelenski qanunvericiliyin dəyişdirilməsinə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, Vladimir Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik səbəbindən ləğv olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: