Şri-Lankada məhkəmə 12 nəfərə ölüm hökmü verib

A- A A+

Şri-Lankanın Qampaha Ali Məhkəməsi 2022-ci ildə deputat və mühafizəçisinin qətlinə görə 12 nəfəri ölüm cəzasına məhkum edib.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, iş üzrə ümumilikdə 42 nəfər ittiham olunmuşdu. Məhkəmə 4 nəfərə beş il sınaq müddəti olmaqla 6 ay şərti həbs cəzası verib, 23 nəfər isə bəraət alıb.

Qətl 2022-ci ilin mayında ölkədə baş verən kütləvi iğtişaşlar zamanı törədilmişdi. Bildirilib ki, deputat və mühafizəçisi avtomobillərinin qarşısını kəsən etirazçılara atəş açaraq iki nəfəri ağır yaraladıqdan sonra elə həmin gün onların cəsədləri yaxınlıqdakı binada tapılmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: