Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq kreditin ayrılmasını təsdiqləyib

A- A A+

Avropa Parlamenti Ukraynaya dəstək məqsədilə 2026-cı və 2027-ci illər üçün Aİ tərəfindən 90 milyard avro məbləğində kreditin ayrılmasını nəzərdə tutan tədbirlər paketini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, “Ukraynaya dəstək krediti” adlandırılan bu mexanizm Ukraynanın təcili maliyyə ehtiyaclarının qarşılanmasına xidmət etmək məqsədi daşıyır.

Kreditin 30 milyard avroluq hissəsi Aİ-nin “Ukrayna mexanizmi” vasitəsilə makromaliyyə dəstəyi və büdcə yardımı kimi ayrılacaq. Digər 60 milyard avro isə Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə yönəldiləcək və hərbi avadanlığın satın alınmasını dəstəkləyəcək.

Ayrılan bütün vəsaitlər ciddi şərtlər əsasında təqdim olunacaq. Bu şərtlərə Ukraynanın demokratik idarəetmə, hüququn aliliyi və insan hüquqlarının, o cümlədən azlıqların hüquqlarının qorunması sahəsində öhdəliklərini davam etdirməsi daxildir. Buraya, həmçinin korrupsiyaya qarşı mübarizə və demokratik institutların gücləndirilməsi istiqamətində davam edən səylər də aid edilir.

Kreditin ilk tranşının bu ilin ikinci rübünün əvvəlində həyata keçirə bilməsi üçün paket Avropa İttifaqı Şurası tərəfindən də rəsmi şəkildə təsdiqlənməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: