Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni Konstitusiyası üzrə referendumun 2026-cı il martın 15-də keçirilməsi barədə fərman imzalayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Konstitusiya layihəsinin mətninin rəsmi şəkildə dərc olunması 2026-cı il fevralın 12-nə planlaşdırılıb.
Referendumun hazırlanması və təşkili Mərkəzi Seçki Komissiyasına və ərazi komissiyalarına həvalə edilib, Qazaxıstan hökuməti isə digər orqanlarla birlikdə səsvermənin keçirilməsini təmin edəcək.
