NUHÇIXAN -ın məlumatına görə, Türkiyənin tanınmış "Çemberimde gül oya", "Poyraz Karayel" və "Bir deli rüzgar" kimi seriallarındakı rolları ilə tanınan məşhur türkiyəli aktyor Kanbolat Görkem Arslan vəfat edib.
Son olaraq "Kudüs Fatihi Selahəddin Eyyubi" serialında rol alan sənətçi 45 yaşında həyatını itirib.
Kanbolat Görkem Arslanın gecə saatlarında Beyoğlu rayonundakı mənzilində səhhəti qəfil pisləşib. Evə çağırılan tibbi heyətin ilkin yardımından sonra aktyor təcili xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Tibb müəssisəsi tərəfindən aktyorun ölüm səbəbi barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.
Kanbolat Görkem Arslan aktyorluq karyerasına 2004-cü ildə "Çemberimdə gül oya" serialı ilə başlamışdı.
1998-ci ildən teatr səhnəsində fəaliyyət göstərən sənətkar "Daire", "Yurt", "Teslimiyyət" kimi kinofilmlərdə, həmçinin "Çemberimde gül oya", "Poyraz Karayel", "Bir deli rüzgar", "Yer Gök Aşk", "Ezel", "Hayat bazen tatlıdır" kimi televiziya seriallarında yaddaqalan obrazlar yaradıb.
