Almaniyada jurnalistlərə qarşı cinayətlərin sayı artıb

A- A A+

Almaniyada media nümayəndələrinə qarşı törədilən cinayətlərin sayı artıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Sol Partiyanın Bundestaqdakı fraksiyasının sorğusuna Daxili İşlər Nazirliyindən verilən cavabda qeyd olunub.

“Rheinische Post” qəzetinin təqdim etdiyi sənəddə 2024-cü il aprelin 1-dən 2025-ci il noyabrın 30-dək olan müddətdə media nümayəndələrinə qarşı siyasi motivli 818 cinayətin qeydə alındığı əksini tapıb. Bu hadisələrdən 89-u zorakılıq cinayətləri olub. Qeydə alınmış cinayətlərin təxminən üçdə biri – 244 hadisə polis tərəfindən sağ təmayüllə əlaqələndirilib, 78 cinayət sol spektrə aid edilib. Eləcə də 153 halda hadisələrin arxasında xarici ideologiyanın dayandığı, 31 halda isə dini motivlərin rol oynadığı göstərilib.

Törədilən cinayət hadisələrinin yarısı - 406-sı paytaxt Berlində qeydə alınıb. Saksoniyada 82, Bavariyada 64, Şimali Reyn–Festfaliyada isə 55 hadisə baş verib.

Həmin dövr üzrə hesablamaya əsasən, ayda orta hesabla 41 hadisə qeydə alınıb ki, bu da 2023-cü ildəki orta aylıq göstəricidən (24 hadisə) 71 faiz çoxdur.

Bundestaqda Sol Partiyanın media siyasəti üzrə sözçüsü David Şlizinq bu göstəricilərdən dərin narahatlığını ifadə edərək, federal hökumətin və əyalətlərin dərhal hərəkətə keçməsinin, jurnalistlərin fəaliyyətinin qorunması üçün təcili addımların atılmasının vacibliyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: