Pezeşkian: İran müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır

A- A A+

İran nüvə proqramında hərbi komponentin olmadığını sübut etmək üçün müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır.

NUHÇIXAN-ın "Financial Times"a istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib.

"Biz dəfələrlə nüvə silahı hazırlamağa çalışmadığımızı bildirmişik. Hər hansı bir yoxlamaya hazırıq", - deyə o bildirib.

Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, müfəttişlər bir neçə aydır ki, Natanz, Fordo və İsfahandakı obyektlərə daxil olmaq üçün icazə gözləyirlər.

İran konkret tədbirlərə və protokollara ehtiyac olduğunu qeyd etsə də, Qrossi bunların mahiyyət etibarilə siyasi mövqe olan əsaslandırmalar olduğunu deyib.

Xatırladaq ki, İran və ABŞ arasında danışıqlar 6 fevralda Omanda baş tutub. ABŞ prezidenti Donald Tramp onları uğurlu adlandırıb və dialoqun davam etdiriləcəyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: