Qazaxıstan parlamenti iyulun 1-dən səlahiyyətlərini dayandıra bilər

A- A A+

Qazaxıstanın yeni Konstitusiya layihəsi hazırkı parlamentin səlahiyyətlərinə 2026-cı il iyulun 1-dən etibarən xitam verilməsini nəzərdə tutur, sənəd qəbul ediləcəyi halda parlament vaxtından əvvəl səlahiyyətlərini itirəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i sənədin mətninə istinadən məlumat yayıb.

Qurultaya (yeni birpalatalı parlament) seçkilər prezident tərəfindən bir ay ərzində elan edilməli və Konstitusiyanın qüvvəyə mindiyi gündən etibarən iki ay ərzində keçirilməlidir. Qurultayın ilk sessiyasının açıldığı gündən etibarən iki ay ərzində prezident Qurultayın razılığı ilə vitse-prezident təyin etməlidir.

Bu gün Qazaxıstanın yeni Konstitusiyasının yekun layihəsi dərc edilib. Layihəyə əsasən, prezidentin səlahiyyət müddəti 7 ildir.

"Qazaxıstan Respublikasının Prezidenti konstitusiya qanununa uyğun olaraq Qazaxıstan Respublikasının yetkinlik yaşına çatmış vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə yeddi il müddətinə seçilir" - layihədə deyilir.

Bundan başqa, prezidentin səhhəti ilə əlaqədar vəzifəsindən vaxtından əvvəl azad edilməsi mümkündür. Bu halda Qurultay deputatlardan və müvafiq tibb sahələrində mütəxəssislərdən ibarət komissiya yaradır.

Qeyd edək ki, dünən ölkə Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiya üzrə referendumun mart ayının 15-də keçiriləcəyi barədə fərman imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: