Ticarət müharibəsi fonunda ABŞ-ın büdcə kəsiri azalır

A- A A+

ABŞ-ın büdcə kəsiri 2026-cı maliyyə ilinin ilk üçdə birində 17 faiz azalıb.

NUHÇIXAN xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına əsasən, ticarət müharibəsi fonunda ABŞ federal büdcə kəsiri cari ilin ilk dörd ayı ərzində 840 milyard dollardan 697 milyard dollaradək enib.

Analitiklərin sözlərinə görə, həmin dövr ərzində ölkənin büdcə gəlirləri 12 faiz, xərcləri isə cəmi 2 faiz artıb. Donald Trampın xarici idxala tətbiq etdiyi tariflər xəzinəyə əlavə olaraq 124 milyard dollar gətirib ki, bu da 304 faiz artım deməkdir. Buna baxmayaraq, korporativ vergilər 146 milyard dollardan 125 milyard dollara düşüb.

Yeni maliyyə ilinin əvvəlində ABŞ-ın büdcə kəsiri 2020-ci ildən bəri ən yüksək həddə çataraq 284,35 milyard dolları ötmüşdü. Əvvəlki 257,45 milyard dollarlıq maksimum göstərici ötən ilin oktyabr ayında qeydə alınmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: