Kiyevdə 107 min ailə işıqsız qalıb

A- A A+

Kiyevə gecə ərzində endirilən bir sıra zərbələrdən sonra 107 min ailə elektrik enerjisiz qalıb.

NUHÇIXAN xəbər verir ki, Ukraynanın enerji holdinqi “DTEK” bu barədə özünün sosial media hesabında məlumat yayıb. Ukrayna mediası Kiyevdə gecə saatlarında iki güclü partlayışın qeydə alındığını yazıb.

Qeyd edək ki, 2025-ci ilin sonlarından başlayaraq Ukrayna paytaxtının enerji obyektlərinə ciddi ziyan dəyməsi səbəbindən Kiyevdə və ətraf bölgədə mütəmadi elektrik kəsintiləri baş verir. Yanvar ayında şəhər meri Vitali Kliçko sakinləri istilik və elektrik təchizatı problemləri səbəbindən mümkün olduqda paytaxtı tərk etməyə və ərzaq, su və dərman ehtiyatı toplamağa çağırıb. Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal isə Kiyevdə elektrik təchizatı ilə bağlı vəziyyəti kritik adlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: