Qazaxıstanın yeni Konstitusiyasının qəbulundan sonra yerli məclis deputatlarının səlahiyyətləri saxlanılacaq
Qazaxıstanın yeni Konstitusiyası qəbul edilərsə, maslihat (yerli məclis) deputatları, hakimlər və 1995-ci il Konstitusiyasına əsasən təyin olunmuş və ya seçilmiş digər vəzifəli şəxslər səlahiyyətlərini həyata keçirməyə davam edəcəklər.
NUHÇIXAN “Kazinform”a istinadla xəbər verir ki, müvafiq müddəa Əsas Qanun layihəsinin XI bölməsinin “Yekun və keçid müddəaları”nın 95-ci maddəsində yer alıb.
Sənədə əsasən, Ali Məhkəmənin, yerli və digər məhkəmələrin hakimləri, maslihat deputatları və 30 avqust 1995-ci il tarixli Qazaxıstan Respublikası Konstitusiyasına uyğun olaraq seçilmiş (təyin olunmuş) digər vəzifəli şəxslər mövcud qanunvericilikdə müəyyən edilmiş əsaslarla və qaydada səlahiyyətlərinə xitam verilənə qədər vəzifələrini icra edəcəklər.
Fevralın 12-də Qazaxıstanda vətəndaşların və ekspertlərin təkliflərini əks etdirmək üçün yenidən işlənmiş Konstitusiya layihəsi dərc edilib. Yeni Konstitusiya ilə bağlı ümumxalq referendumu 15 mart 2026-cı il tarixində keçiriləcək.
