Çin bəzi Avropa mallarına rüsumları azaldıb

A- A A+

Çin hakimiyyəti Avropa İttifaqından (Aİ) idxal edilən süd məhsullarına rüsumları azaltmaq qərarına gəlib.

NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyinin Çin Ticarət Nazirliyinə istinadla yaydığı məlumata görə, bu məhsulların dəyəri yarım milyard dollardan çoxdur.

Bildirilir ki, Pekin əvvəlcə 21,9-42,7 faiz arasında rüsumlar tətbiq etməyi planlaşdırırdı. Lakin tariflər sonda 7,4-11,7 faizə endirilib. Bu qərar Avropa İttifaqının Çin elektrik avtomobillərinə tətbiq etdiyi rüsumlara cavab olaraq aparılan 18 aylıq antidempinq araşdırmasının nəticəsində qəbul olunub.

Brüsselin elektrik avtomobillərinə tarif tətbiq etməsindən sonra Çin Aİ-dən idxal olunan mallara rüsumları iki ay ərzində ikinci dəfədir azaldıb.

“Bloomberg” agentliyinin məlumatına əsasən, Çinin yeni rüsumları təzə və emal olunmuş pendirlərə, eləcə də müəyyən növ qaymaq kimi məhsullara tətbiq ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: