Çin bir raketlə orbitə 7 peyk çıxarıb

A- A A+

Çin “Ağıllı əjdaha-3” (SD-3) adlı daşıyıcı raketlə orbitə 7 peyk çıxarıb.

NUHÇIXAN xəbər verir ki, peykləri orbitə çıxaran raketin buraxılışı Pekin vaxtı ilə 14:37-də Quandon əyalətinin Yancian şəhəri yaxınlığında dənizdəki platformadan baş tutub.

Orbitə çıxarılan peyklər arasında Pakistanın PRSC-EO2 məsafədən zondlama peyki, Honkonq Universitetinin alimlərinin hazırladığı süni intellektlə təchiz olunmuş müşahidə peyki də var.

Qeyd edək ki, bu, “Ağıllı əjdaha-3” seriyasından 9-cu raket buraxılışıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: