Fransanda qasırğadan sonra 450 min evin elektrik təchizatı hələ də bərpa olunmayıb

A- A A+

“Nils” qasırğasından sonra Fransanda təxminən 450 min evin elektrik təchizatı hələ də bərpa olunmayıb.

NUHÇIXAN xəbər verir ki, “Le Figaro” qəzetinin məlumatına görə, Fransanın “Enedis” elektrik paylama şirkəti qasırğadan sonra 900 min müştərinin təxminən yarısının elektrik təminatını bərpa edib. Şirkət əlavə edib ki, problemi həll etmək üçün 3 min mütəxəssis səfərbər olunub.

Fransa meteorologiya xidmətinin məlumatına görə, hazırda “Nils” qasırğası Korsikaya çatsa da, tədricən zəifləməyə başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: