Gələn həftə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin görüşü gözlənilir

A- A A+

ABŞ, Rusiya və Ukraynadan olan nümayəndələr gələn həftənin əvvəlində Mayamidə, yaxud Əbu-Dabidə görüşə bilərlər.

NUHÇIXAN xəbər verir ki, bu barədə cümə günü “Politico” nəşri mənbələrə istinadla məlumat yayıb.

Vəziyyətlə tanış olan bir şəxs qəzetə bildirib ki, ABŞ rəsmiləri növbəti danışıqlarda müəyyən irəliləyiş olacağına ümid bəsləyirlər.

Həmçinin “Politico”nun məlumatına görə, Kiyev və Moskva münaqişəyə son qoymaq üçün razılığa gələnədək Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanətləri verilməyəcəyini açıq şəkildə bildirib. Lakin nəşrin mənbələri iddia edirlər ki, ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik zəmanətlərindən Kiyevə qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışmır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Kremlin Ukrayna ilə bağlı növbəti danışıqların tezliklə baş tutacağını gözlədiyini bildirib.

Xatırladaq ki, bu formatda sonuncu danışıqlar fevralın əvvəlində baş tutub və hər iki tərəf bunun uğurlu olduğunu bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: