Amerikalı nazir: ABŞ Venesuelada neft hasilatını 40 faiz artırmağı planlaşdırır

A- A A+

Birləşmiş Ştatların enerji naziri Kris Rayt və Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigez cümə axşamı Orinoko kəmərindəki əsas neft obyektlərini gəziblər.

NUHÇIXAN CNN telekanalına istinadla xəbər verir ki, Raytın Venesuelaya səfəri yanvarın 3-də ABŞ qüvvələrinin Karakasda hərbi əməliyyat zamanı Prezident Nikolas Maduronu həbs etməsindən sonra həyata keçirilir. Hazırda ABŞ hökuməti Venesuelaya qarşı uzun müddətdir davam edən sanksiyaları əhəmiyyətli dərəcədə yumşaldıb və bu ölkədə enerji sektorunu canlandırmaq üçün neft embarqosunu ləğv edib.

Venesuelanın dövlət neft şirkəti PDVSA və ABŞ-da yerləşən nəhəng “Chevron” kompaniyasının birgə müəssisəsi olan “Petroindependencia-ya səfər zamanı Rayt “Monagas” dövlət obyektinin infrastrukturunu qiymətləndirib. O jurnalistlərə müsahibəsində deyib: “Bu il Venesuelanın neft hasilatında 40% artım olacağını gözləyirik. Venesuelalıların, Amerikanın və bütün yarımkürəmizin qələbəsi üçün burada oyunu dəyişdirməliyik”.

ABŞ nümayəndə heyətini müşayiət edən mütəxəssislər təsdiqləyiblər ki, “Petroindependencia” hazırda gündə təxminən 40.000 barel neft istehsal etsə də, mövcud infrastruktura qoyulan təcili investisiya və texniki təmir sayəsində bu rəqəm 300.000 barelə çata bilər.

Səfər Raytın ABŞ-ın Venesuelaya qarşı neft embarqosunun başa çatdığını rəsmi olaraq elan etməsindən cəmi bir gün sonra baş verir. O, mətbuat konfransında jurnalistlərə bildirib: “Neft karantini mahiyyət etibarilə başa çatıb”. Rayt, həmçinin Karakasda Rodrigez və ABŞ-ın müvəqqəti işlər vəkili Laura Doqu ilə görüşdən sonra bildirib ki, Venesuelada neft hasilatının artırılması qlobal bazarlarda sabitliyə müsbət təsir edəcək.

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Vaşinqtonda Venesuela ilə bağlı bu nikbinliyi təkrarlayıb və iki ölkə arasındakı mövcud münasibətləri “fövqəladə" əməkdaşlıq anı” kimi xarakterizə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: