NATO "Rheinmetall" konsernindən 200 milyon avroluq mərmi sifariş edib

A- A A+

NATO Almaniyanın "Rheinmetall" konsernindən təxminən 200 milyon avro məbləğində 120 mm-lik tank mərmiləri sifariş edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə xarici KİV-lər konsernin açıqlamasına istinadən məlumat yayıb.

"NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) 2025-ci ildə bağlanmış çərçivə sazişi əsasında təxminən 200 milyon avro dəyərində 120 millimetrlik tank mərmilərinin ilk partiyasını sifariş edib", - məlumatda deyilir.

"Rheinmetall"da qeyd ediblər ki, saziş blokun üzv dövlətlərinə NSPA vasitəsilə birbaşa sifariş verməklə döyüş sursatlarının satınalma prosedurunu sadələşdirməyə imkan verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: