Donald Tramp: Sülh Şurası Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

A- A A+

ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, Sülh Şurasının üzv dövlətləri cümə axşamı Vaşinqtonda keçiriləcək toplantıda Qəzzanın yenidən qurulması üçün 5 milyard dollardan çox vəsait ayırmağı vəd edəcək.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Trampın sözlərinə görə, üzv dövlətlər, həmçinin “Qəzza sakinlərinin təhlükəsizliyini və sülhü qorumaq üçün Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə və yerli polisə minlərlə işçi heyəti göndərirlər.

Ağ Ev ötən ay Trampın müharibədən zərər çəkmiş anklav üçün 20 maddəlik planının bir hissəsi olaraq, hakimiyyətin ötürülməsinə nəzarət etmək məqsədilə Qəzza administrasiyası üzrə “texnokratik” Milli Komitənin yaradıldığını elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: