Strasburqda məscidə qarşı təhdidlərlə bağlı istintaq başlanılıb

A- A A+

Fransanın Strasburq şəhərində yerləşən “Mosquee Eyüp Sultan” məscidinə qarşı yönəlmiş təhdid zəngləri ilə bağlı istintaq başlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ibadət ocağının rəhbərliyi məlumat verib.

O bildirib ki, məscidə bu ilin ötən dövründə müəyyən fasilələrlə təhdid xarakterli zənglər daxil olub. “Bu hədələr bəzi siyasətçilərin irqçi ritorikasından qidalanır. Bununla yanaşı, sosial şəbəkə platformalarında müsəlmanlara qarşı təhdidlərin artması müşahidə olunur. Biz Avropa cəmiyyətinin ayrılmaz hissəsiyik. İrq və din fərqi qoymadan birlik və həmrəylik ruhu ilə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə məscidin rəhbərliyi vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: