Ukrayna Çexiyanın təşəbbüsü çərçivəsində 4,4 milyon sursat alıb

A- A A+

Ukraynaya Çexiyanın təşəbbüsü çərçivəsində Qərb dövlətlərinin hesabına üçüncü ölkələrdən alınmış təxminən 4,4 milyon iri çaplı sursat göndərilib.

NUHÇIXAN xəbər verir ki, “ÇTK” xəbər agentliyinin məlumatına görə, Ukrayna 2024-cü ildə bu təşəbbüs çərçivəsində 1,5 milyon, ötən il isə 1,8 milyon iri çaplı sursat alıb.

Təşəbbüsə təxminən 20 ölkə qoşulub. Donor ölkələr ümumilikdə 100 milyard kron (təxminən 4,6 milyard dollar) vəsait toplayıblar. Çexiya bu təşəbbüsün həyata keçirilməsində əsasən Danimarka və Niderlandla əməkdaşlıq edir.

Rusiyanın hərbi təcavüzə başlamasından (24 fevral 2022-ci il) dərhal sonra Çexiya Ukrayna Silahlı Qüvvələri üçün sursatı üçüncü ölkələrdən Qərb dövlətlərinin hesabına almağı təklif edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: