Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub - FOTOLAR
Fevralın 16-da Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada Liviya ordusunun Baş Qərargah rəisi vəzifəsini icra edən Səlahəddin əl-Nəmruşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
NUHÇIXAN xəbər verir ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu iştirak edib.
Səlahəddin əl-Nəmruş keçən il dekabrın 23-də Ankara yaxınlığında qəzaya uğrayan təyyarədə olan Məhəmməd əl-Həddadın ölümündən sonra Liviya ordusunun Baş Qərargah rəisi vəzifəsini icra etməyə başlayıb.
Həmin faciə ilə əlaqədar Liviyada üçgünlük matəm elan edilmişdi. Hazırda insidentlə bağlı araşdırmalar davam edir.