Rusiyanın Rostov vilayətinin regional qubernatoru Yuri Slyusarın imzaladığı fərmana əsasən, 1 aprel 2026-cı il tarixindən etibarən xarici vətəndaşlara kuryer və satıcı kimi işləmək qadağan ediləcək.
NUHÇIXAN xəbər verir ki, sənəd miqrant işçilərə quru və boru kəməri nəqliyyatında, poçt şöbələrində və kuryer xidmətlərində, eləcə də qida, içki və tütün məhsullarının pərakəndə ticarətində işləməyi qadağan edir. İşəgötürənlərə işçilərini yeni tələblərə uyğunlaşdırmaq və bu vəzifələri tutan əcnəbiləri işdən çıxarmaq üçün üç ay vaxt verilib. Məhdudiyyətlər 31 dekabr 2026-cı il tarixinədək qüvvədə olacaq və əlavə uzadılma müddəti hələ göstərilməyib.
Qeyd olunur ki, regionda əvvəllər fitnes klublarında və qiymətli metallar sənayesində miqrant işçilərə məhdudiyyətlər var idi. Bundan əlavə, 1 yanvar 2026-cı il tarixindən etibarən Rostov vilayətində əcnəbi işçilər üçün patentlərin dəyəri regional əmsalın artırılması ilə çoxaldılıb. Hakimiyyət orqanlarının məlumatına görə, bu, regional büdcəyə təxminən bir milyard rubl əlavə gəlir gətirəcək.
