Gürcüstanda sahibkarlara siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilir

A- A A+

Gürcüstanda hüquqi və fiziki şəxslərə siyasətlə məşğul olmaq qanunla qadağan edilir. Siyasi fəaliyyətinə görə ilk dəfə cərimələnmiş sahibkar siyasi fəaliyyəti təkrarladığı təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaq. Cinayət məsuliyyəti həm hüquqi şəxsə, həm də pozuntuya görə məsul olan müvafiq şəxsə tətbiq ediləcək.

NUHÇIXAN xəbər verir ki, bununla əlaqədar cinayət qanunvericiliyinə ediləcək dəyişikliklər Hüquqi Məsələlər Komitəsinin iclasında ikinci oxunuşda müzakirə olunub.

Layihə ilə bağlı komitə sədri Arçil Qorduladze məlumat verib. Bildirib ki, sahibkarlıqla məşğul olan hüquqi şəxs siyasi fəaliyyətlə məşğul ola bilməz. Layihənin ilkin versiyasında sahibkarlıq subyektinin inzibati qaydada cərimə olunacağı nəzərdə tutulub. Birinci halda o, 20 min lari (7466 ABŞ dolları), təkrar halda isə 40 min lari cərimə nəzərdə tutulub.

Yeni layihədə isə deyilir ki, ikinci dəfə törədildikdə, həm sahibkar, həm də pozuntuya görə məsul olan müvafiq şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. Məsuliyyət cinayət cəriməsi, həmçinin 120 saatdan 200 saata qədər ictimai işlər və ya 3 ilə qədər azadlıqdan məhrumetmə ilə müəyyən olunur. Təkrar törədildikdə isə məsuliyyət 4 ilə qədər azadlıqdan məhrumetmə, cərimə və ya 300 saata qədər ictimai işlərlə müəyyən edilir.

Qeyd edilib ki, siyasi partiyalar siyasətlə, sahibkarlıq subyektləri isə sahibkarlıq fəaliyyəti və bizneslə məşğul olmalıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: