Anna Akopyan Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını bildirib

A- A A+

Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, o, bu barədə "Facebook"da yazıb.

"Əziz həmvətənlər, bildirirəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Hamıdan bu mövzunu müzakirə edərkən təmkinli və nəzakətli olmağı xahiş edirəm", - o bildirib.

A.Akopyan digər təfərrüatları açıqlamayıb, lakin hökumətyönümlü "Telegram" kanalları yazır ki, Paşinyan və Akopyan münasibətlərini VVAQ şöbəsində rəsmiləşdiriblər.

Paşinyan və Akopyanın dörd övladı - üç qızı və bir oğlu var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: