Varşava Polşa Xalq Respublikasına SSRİ-nin müttəfiqi olduğu dövrdə vurulmuş zərərə görə Rusiyaya qarşı məhkəməyə müraciət etməyə hazırlaşır.
NUHÇIXAN xəbər verir ki, “Financial Times” qəzetinin yaydığı məlumata görə, İkinci Dünya müharibəsi və sonrakı soyuq müharibə dövründəki hadisələri, eləcə də SSRİ təsirinin yaratdığı mənfi nəticələri qiymətləndirmək üçün Polşanın Baş naziri Donald Tuskun tapşırığı ilə tarixçilərdən ibarət qrup yaradılıb.
Varşava arxiv materiallarına çıxışda çətinliklər olduğunu və bu səbəbdən layihənin uzun müddət sürəcəyini qeyd edir. Qəzet isə Rusiyaya qarşı mümkün iddiaların məbləğini müzakirə etməyin hələ tez olduğunu vurğulayır.
“Financial Times” xatırladır ki, Polşa İkinci Dünya müharibəsi zamanı vurulmuş zərərlərə görə Almaniyadan təzminat tələb edirdi. 2025-ci ilin dekabrında Almaniya Kansleri Fridrix Merts bu məsələyə hüquqi və siyasi baxımdan artıq illər əvvəl nöqtə qoyulduğunu bildirib.
