Rumıniya yeni nəsil nüvə sənayesində Avropada ön sıraya çıxır

A- A A+

Rumıniya Avropada yeni nəsil nüvə energetikası sahəsində inkişaf edən dövlətlərdən birinə çevrilir. Bu istiqamətdə əsas layihə Dımbovitsa vilayətinin Doiceşti qəsəbəsində kiçik modul reaktorlar (SMR) əsasında atom elektrik stansiyasının tikintisidir.

NUHÇIXAN xəbər verir ki, layihə çərçivəsində ümumi gücü 462 meqavat olan altı modul reaktorun qurulması planlaşdırılır.

Hər bir modulun gücü təxminən 77 meqavat olacaq. Bu model enerji sisteminə daha çevik inteqrasiya, sabit baza gücü və karbon emissiyalarının azaldılması baxımından mühüm üstünlüklər təqdim edir.

Rumıniya mediasının yazdığına görə, təşəbbüs yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır, həm də iqtisadi və sosial təsir baxımından əhəmiyyətlidir. Layihənin icrası mərhələsində təxminən 4 min yeni iş yerinin yaradılması gözlənilir. Bu isə həm yerli iqtisadiyyata, həm də yüksək ixtisaslı kadr hazırlığına töhfə verəcək.

Ekspertlərin qiymətləndirməsinə görə, Doiceşti SMR layihəsi Rumıniyanın Avropada yeni nəsil nüvə texnologiyalarının tətbiqində qabaqcıl mövqe tutmasına imkan yaradır. Bu təşəbbüs ölkənin enerji təhlükəsizliyi strategiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirilir və uzunmüddətli perspektivdə enerji bazarının sabitliyinə töhfə verə bilər.

Qeyd edək ki, Rumıniya yeni nüvə sənayesi layihəsi ilə həm enerji sektorunda modernləşməni sürətləndirir, həm də Avropa miqyasında strateji mövqeyini gücləndirməyə çalışır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: