Fevralın 18-də Türkiyə Şimali Atlantika Alyansına üzvlüyünün 74-cü ildönümünü qeyd edir.
NUHÇIXAN xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin bu münasibətlə açıqlamasında Ankaranın regional və qlobal sabitliyə verdiyi töhfə vurğulanıb.
“Onilliklərdir ki, Türkiyə müttəfiqləri ilə birlikdə ortaq müdafiə sisteminin bir hissəsi olaraq qalır, sülhə və təhlükəsizliyə töhfə verir”, - deyə Milli Müdafiə Nazirliyi vurğulayıb.
Nazirlik qeyd edib ki, Türkiyə Şimali Atlantika Alyansında ikinci ən böyük orduya malikdir və NATO missiyalarına töhfə verən ən böyük beş ölkə sırasında yer alır.
Müdafiə Nazirliyi əmin edib: “Türkiyə NATO-nun güclü və etibarlı üzvü olaraq Alyansın məqsədlərinə çatmaq üçün əhəmiyyətli töhfələr verməyə davam edəcək”.
Qeyd etmək lazımdır ki, NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti 7-8 iyul 2026-cı il tarixlərində Ankarada keçiriləcək.
