Albaniyada turizm sektoru 2025-ci ili rekord göstəricilərlə başa vurub.
NUHÇIXAN Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, təkcə dekabrda ölkəyə gələn turistlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz, gecələmələrin sayı isə 26,2 faiz artıb. Dekabr ayında Albaniyaya gələn xarici turistlər arasında ilk yeri italiyalılar (25 faiz) tutub.
Ümumilikdə isə 2025-ci il ərzində Albaniya 12 milyondan çox xarici turisti qəbul edib.
