Media: Zelenskinin ABŞ-yə müraciətindən sonra avropalılar Cenevrəyə dəvət olunublar

A- A A+

Prezident Volodimir Zelenskinin Vaşinqtona müraciətindən sonra Avropanın bir neçə ölkəsinin nümayəndə heyəti ABŞ, Ukrayna və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqların keçirildiyi Cenevrəyə dəvət olunublar.

NUHÇIXAN xəbər verir ki, “El Mundo” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropanın bəzi ölkələrinin, o cümlədən İtaliya, Almaniya, Fransa və Böyük Britaniyanın nümayəndə heyətləri Cenevrəyə gəlsələr də, üçtərəfli danışıqlarda iştirak etməyiblər. Lakin ABŞ və Ukrayna danışıqların gedişatı barədə onları məlumatlandıracaq. Həmçinin Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş keçiriləcək.

Qeyd edək ki, fevralın 17-də Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında Ukrayna-Rusiya müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar başlayıb. Danışıqlar bu gün də davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: