Yaponiyada hökumətin tərkibi dəyişməyib

A- A A+

Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiçinin fevralın 18-də parlamentin hər iki palatasında yenidən Baş nazir vəzifəsinə seçilməsindən sonra Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb.

NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, Baş nazir Sanae Takaiçi əvvəlki komandası ilə hökuməti davam etdirməyə qərar verib.

Qeyd edək ki, fevralın 8-də növbədənkənar parlament seçkisində Sanae Takaiçinin rəhbərlik etdiyi LDP-nin koalisiya bloku Nümayəndələr Palatasında çoxluq qazanıb. Liberal demokratlar tarixi rekord nəticə göstərərək palatadakı 465 yerdən 316-nı qazanıb. Onun koalisiya tərəfdaşı olan İnnovasiya Partiyası isə 36 mandat əldə edib. Qələbə Baş nazir Sanae Takaiçiyə Konstitusiya dəyişiklikləri də daxil olmaqla, siyasi təşəbbüslərini irəli aparmaq üçün geniş imkanlar yaradır.

Müdafiə və təhlükəsizliklə bağlı sərt fikirləri ilə tanınan Sanae Takaiçinin "məsuliyyətli, lakin aqressiv" maliyyə siyasətini həyata keçirmək və qida məhsullarına istehlak vergisini 2 il müddətinə dayandırmaq barədə planı var. Yüksək ictimai dəstəyə əsaslanan Baş nazir bundan başqa, LDP-nin uzun müddətdir hədəfi olan Yaponiyanın pasifist konstitusiyasına düzəliş etməklə, ölkənin müdafiə qabiliyyətini gücləndirmək niyyətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: