Keniya-ABŞ ticarət danışıqları gələn həftə keçiriləcək

A- A A+

Keniya və ABŞ arasında ikitərəfli ticarət sazişi üzrə danışıqlar gələn həftə Vaşinqtonda keçiriləcək.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu Keniyanın ticarət naziri Li Kinyanjui bildirib.

Onun sözlərinə görə, danışıqlar bazar ertəsindən cümə axşamına qədər keçiriləcək, ardınca isə bir və ya iki görüş təşkil olunacaq.

Qeyd olunur ki, 2024-cü ildə ABŞ-ə 737 milyon dollar dəyərində (ümumi ixracının 10 faizini) mal ixrac edən şərqi Afrika ölkəsi ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə Vaşinqtonla ötən ilin avqust ayında danışıqlar aparıb. Lakin Prezident Co Baydenin dövründə qeyri-tarif maneələrini aradan qaldırmağı hədəfləyən ticarət və investisiya tərəfdaşlığı ilə bağlı yeni danışıqlar başlansa da, bunlar tamamlanmamış qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: