“Prezident minlərlə ukraynalının, eləcə də rusların bu ölümcül müharibədə həyatını itirməsinin ədalətli olmadığını deyir və buna görə də prezident və onun komandası Amerika Birləşmiş Ştatlarından çox uzaqda olan bu müharibəni bitirmək üçün çoxlu vaxt və enerji sərf edib”.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit keçirdiyi mətbuat konfransında deyib. O ötən gün ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsinin baş tutduğunu deyib. “Danışıqlarda hər iki tərəfdə əhəmiyyətli irəliləyişlər əldə edildi. Onlar öz liderlərini məlumatlandırmaq və birlikdə Sülh Sazişi üzərində işləməyə davam etmək barədə razılığa gəldi. Beləliklə, gələcəkdə daha bir danışıqlar mərhələsi olacaq. Amma mən hər kəsə xatırlatmaq istərdim ki, ABŞ hələ də NATO-ya silah satır və sonra bu silahlar Ukraynanın öz sərhədlərindəki azadlıqlarını müdafiə etməsi üçün bu ölkəyə göndərilir”,- deyə əlavə edib.
