Pakistanın cənubunda yerləşən Karaçi şəhərində üçmərtəbəli yaşayış binasında baş verən güclü partlayış 6 nəfərin ölümünə, 12 nəfərin yaralanmasına səbəb olub.
NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış binanın birinci mərtəbəsində baş verib və tikilinin böyük bir hissəsi çöküb. Hadisə yerinə dərhal xilasetmə qrupları cəlb olunub, dağıntılar altından bir neçə nəfər çıxarılıb.
Polisin ilkin araşdırmasına əsasən, partlayışa qaz sızması səbəb olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.
