“Amazon” şirkəti ucqar regionlarda yaşayan istifadəçilərin peyk üzərindən internetə çıxışı üçün öz sistemini yaratmağa hazırlaşır. Bu haqda “GeekWire” nəşri məlumat verib. Jurnalistlər aydınlaşdırıblar ki, ABŞ Federal Rabitə Komissiyası “Amazon”a məxsus “Kuiper Systems LLC” şirkətinin maraqları naminə radiotezlik və orbitlərdən istifadə üçün Beynəlxalq Telekommunikasiya İttifaqına 3 ərizə təqdim edib.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, sənədlərə görə, sistem müxtəlif orbitlər üzərində yerləşən 3236 aparatdan ibarət olacaq.
“Amazon”un nümayəndələri “GeekWire” nəşrinə bildiriblər ki, “Kuiper” şirkətin layihəsidir.