Gürcüstanda radioaktiv maddələrin qanunsuz satışının qarşısı alınıb

A- A A+

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son 36 saat ərzində ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi tədbirlər nəticəsində 13 müxtəlif cinayət işi üzrə 29 nəfər həbs edilib və onlara qarşı ittiham irəli sürülüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə DTX rəisinin birinci müavini Laşa Maqradze bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, əməliyyat məlumatlarının emalı nəticəsində Kutaisidə 2 xarici vətəndaş qanunsuz olaraq nüvə və radioaktiv maddələr əldə etmək cəhdi zamanı saxlanılıb. Onlar qanunsuz olaraq 3 milyon ABŞ dollarına nüvə materialı hesab edilən uran və radioaktiv maddə olan sezium 137-ni alıb, qanunsuz olaraq başqa bir ölkənin ərazisinə daşımağı planlaşdırıblar. Xarici vətəndaşlar planı həyata keçirmək üçün son həftələr Gürcüstana gəlib, nüvə materialı və radioaktiv maddələrin alınması və daşınması üçün əlverişli şərait yaratmaqla məşğul olublar.

Paralel olaraq həyata keçirilən bir neçə antikorrupsiya tədbirləri nəticəsində isə qanunsuz ağackəsmə, vəzifə səhlənkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə 12 nəfər məsuliyyətə cəlb edilib.

Həmçinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları Batumi və Laqodexi bələdiyyələrində 2 nəfəri rüşvətə görə həbs ediblər.

“Daxil olan, emal edilən və reallaşdırılan əməliyyat məlumatlarının həcmi təkcə son 6 ayda təxminən 24 dəfə artıb ki, bu da DTX-nin analitik və əməliyyat imkanlarının gücləndiyini göstərir”, - deyə Maqradze bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: