Şimali Koreya 600 millimetrlik çoxsaylı raket buraxılış qurğularını təqdim edib

A- A A+

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In paytaxt Pxenyanda iriçaplı raket buraxılış qurğularının təqdimatında iştirak edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Koreya Fəhlə Partiyasının 9-cu qurultayı ərəfəsində keçirilən təqdimatda 50 ədəd 600 millimetrlik çoxsaylı raket buraxılış qurğusu təqdim olunub.

Kim Çen In çıxışında deyib ki, 600 millimetrlik çoxsaylı raket buraxılış qurğuları heyranedici hərbi texnikadır. O əlavə edib ki, qarşıdan gələn qurultay ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün növbəti mərhələ planını və məqsədini aydınlaşdıracaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: