Donald Tusk: Polşa Ottava Konvensiyasından çıxır və özünün şərq sərhədlərini 48 saat ərzində minalaya bilər

A- A A+

Təhlükə yaranarsa, Polşanın Ottava Konvensiyasından çıxması 48 saat ərzində şərq sərhədi boyunca piyadaəleyhinə minalar yerləşdirə biləcəyi deməkdir.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk cümə axşamı günü bildirib.

Norveç istisna olmaqla, Rusiyanın Avropadakı əksər qonşuları piyadaəleyhinə minaların istehsalını və istifadəsini qadağan edən müqavilədən çıxmaq üçün hərəkətə keçir. Bu fonda Polşa Belarus və Rusiyanın Kalininqrad anklavı ilə sərhədlərini qorumaq üçün minaları “Şərq qalxanı” layihəsinin bir hissəsi kimi yerləşdirməyi planlaşdırır.

Donald Tusk mətbuat konfransında bildirib: “Ərazimizin və sərhədimizin təhlükəsizliyi üçün çox vacib olan bu mina layihəsini tamamlamaq prosesindəyik”.

Ötən ilin dekabr ayında müdafiə nazirinin müavini Pavel Zalevski “Reuters” agentliyinə bildirib ki, Varşava Soyuq müharibədən bəri ilk dəfə olaraq piyada əleyhinə minaların istehsalını bərpa edəcək və onları şərq sərhədində yerləşdirəcək. Həmçinin bu minalar potensial olaraq Ukraynaya ixrac ediləcək.

Polşa keçən ilin avqust ayında Ottava Konvensiyasını tərk etmə prosesinə başlayıb və 20 fevral 2026-cı ildə başa çatan altı aylıq müddətdən sonra müqavilədən rəsmi olaraq çıxacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: