Polşanın Baş naziri Donald Tusk İrandakı polyakları ölkəni dərhal tərk etməyə çağırıb.
NUHÇIXAN xəbər verir ki, Baş nazirin sözlərinə görə, Yaxın Şərqdə münaqişə ehtimalı olduqca realdır. “CBS” telekanalı bir müddət öncə ABŞ-nin fevralın 21-də İrana zərbə endirə biləcəyi barədə məlumat yayıb.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ İraqda keçirdiyi əməliyyatdan sonra ən böyük hava gücünü Yaxın Şərqdə cəmləyib.
Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi baş tutub. Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vens Tehranın danışıqlar zamanı Ağ Ev tərəfindən irəli sürülən bir neçə prinsipial mövqeni qəbul etmədiyini bildirib.
