Birləşmiş Ştatlar Yaxın Şərqdəki hərbi bazalarını ABŞ-nin mümkün hərbi əməliyyatına İranın cavab hücumundan etibarlı müdafiə edə bilməyəcək.
NUHÇIXAN xəbər verir ki, “The New York Times” qəzeti bu barədə Pentaqondakı mənbəyinə istinadla məlumat yayıb. Məlumata görə, Yaxın Şərqdə yerləşən 30-40 minlik amerikalı hərbçi, həmçinin səkkiz hərbi baza İranın cavab zərbələrindən qorunmaq üçün hava hücumundan müdafiə imkanlarına malik deyil.
Nəşr qeyd edib ki, Ağ Ev Pentaqonun müharibəyə hazır olmaması barədə xəbərdarlığından sonra ötən ay İrana qarşı planlaşdırılan hərbi əməliyyatları təxirə salmaq qərarına gəlib və bu, Tehrana mümkün hücumlara daha yaxşı hazırlaşmaq imkanı verib.
