“Bloomberg”: Cefri Epşteyinin varisi qurbanlara kompensasiya ödəyəcək

A- A A+

Maliyyəçi Cefri Epşteyinin hüquqi varisi və onun iki keçmiş əməkdaşı istismar qurbanı olduqlarını bildirən təxminən 40 nəfərə kompensasiya ödəməyə razılaşıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər hələ həllini tapmamış məhkəmə iddialarının bağlanması üçün 35 milyon dollara qədər vəsait ödəməyi qəbul ediblər. Bu məbləğ daha əvvəl Epşteyin Qurbanlarının Kompensasiya Proqramı çərçivəsində 136 iddiaçıya ödənilmiş 121 milyon dollardan sonra həyata keçiriləcək əlavə ödənişdir.

Fevralın 15-də ABŞ Ədliyyə Nazirliyi Epşteyin işi ilə bağlı sənədlərin açıqlanması prosesini başa çatdırıb. Baş prokuror istintaq materiallarında adları çəkilən 300-ə yaxın tanınmış şəxsin siyahısını təqdim edib. Nazirlik siyahıya daxil edilmənin ittiham irəli sürülməsi və ya qanun pozuntusunun sübuta yetirilməsi anlamına gəlmədiyini xüsusi vurğulayıb.

Məsələ ABŞ-da və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurmaqda davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: