Yaponiya Baş naziri Sanae Takaiti ölkənin müdafiə qabiliyyətini köklü şəkildə möhkəmləndirməyin zəruriliyini bəyan edib.
NUHÇIXAN Yaponiya KİV-lərinə istinadən xəbər verir ki, o bunu parlamentdə çıxışı zamanı bildirib.
"Ölkəmiz özünümüdafiənin köklü şəkildə möhkəmləndirilməsini irəlilətməlidir. Bunun üçün bu il ərzində biz təhlükəsizlik strategiyasına dair üç sənədə dəyişikliklər edəcəyik", - Baş nazir deyib.
Yaponiya strateji təhlükəsizliyə dair üç sənədi 2022-ci ilin dekabrında qəbul edib. Takaiti indiki beynəlxalq vəziyyəti nəzərə alaraq onların düzəldilməli olduğunu israr edir.
