ABŞ-nin Yaxın Şərqdə kifayət qədər qüvvə toplaması İrana hücum ehtimalını artırır

A- A A+

ABŞ ordusu hazırda İrana qarşı bir həftə hava zərbələri endirmək üçün Yaxın Şərqdə kifayət qədər qüvvə toplayıb.

NUHÇIXAN xəbər verir ki, “Financial Times” qəzeti bu barədə Pentaqonun sabiq əməkdaşının qiymətləndirmələrinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, Amerika qoşunlarının regiona toplanma miqyası və sürəti İrana hücum ehtimalını getdikcə artırır. Analitiklər ABŞ Prezidenti Donald Trampın nüvə razılaşmasına nail olmaq üçün Tehrana maksimum 15 gün vaxt verməsi barədə xəbərlərə istinad edirlər.

"The Wall Street Journal" qəzetinin yazdığına görə, nüvə sazişində Vaşinqton üçün əlverişli şərtləri qəbul etməsi üçün ABŞ İranın hərbi və dövlət obyektlərinə məhdud zərbələri də nəzərdən keçirir. “CBS” telekanalı isə əməliyyatın fevralın 21-də başlaya biləcəyini bildirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: