Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə görüş nəticəsiz yekunlaşıb

A- A A+

Avropa Komissiyasının Rusiyanın Ukraynaya təcavüzə başlamasının ildönümünədək qəbul etməyi planlaşdırdığı Moskvaya qarşı 20-ci sanksiyalar paketi üzrə sonuncu görüş də nəticəsiz yekunlaşıb.

NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri 20-ci sanksiya paketi ilə bağlı razılığa gələ bilməyiblər. Moskvaya qarşı 20-ci sanksiyalar paketinə Rusiya neftini qanunsuz daşıyan kölgə donanması üçün dəniz xidmətlərinin tamamilə dayandırılması, bu ölkəyə lüks malların ixracına və oradan gübrə idxalına daha sərt məhdudiyyətlər qoyulması daxildir. Həmçinin platin, mis, iridium və rodium idxalı qadağan oluna bilər.

Qeyd edək ki, bundan öncə Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketini 2026-cı il fevralın 24-dək təsdiqləməyi planlaşdırdığını vurğulamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: