Avropaya güclü Almaniya lazımdır. Güclü Almaniya güclü Avropa üçün şərtdir.
NUHÇIXAN xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts sədri olduğu Xristian Demokratlar İttifaqının (CDU) qurultayındakı çıxışında deyib.
“Biz illərdir Avropadakı tərəfdaşlarımızdan Almaniyanın liderliyini arzuladıqlarını və gözlədiklərini eşidirik. Buna görə şəxsi təmaslar mənim üçün çox vacibdir və məhz buna görə Bundestaq seçkilərindən dərhal sonra mühüm qərarlar qəbul edilməli idi. Federal hökumətin ilk qərarı müdafiə xərclərini ÜDM-in beş faizinədək əhəmiyyətli şəkildə artırmaq oldu. Avropadakı tərəfdaşlarımız da bu yolu bizimlə birlikdə getdilər. Biz impuls verdik və bununla da NATO-nu bir arada saxladıq”, - deyə Kansler qeyd edib.
