Səudiyyə Ərəbistanı Türkiyədə iki Günəş elektrik stansiyasının tikinti layihəsini dəstəkləyib

A- A A+

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında bağlanmış hökumətlərarası sazişə uyğun olaraq, bu il Türkiyənin Sivas və Karaman vilayətlərində Günəş elektrik stansiyalarının (GES) tikintisinə başlanılacaq. İki stansiya üzrə layihənin ümumi dəyəri 2 milyard dollar qiymətləndirilir.

NUHÇIXAN xəbər verir ki, sənəd Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə imzalanıb. Onun sözlərinə görə, ümumi gücü 2 min MVt olacaq yeni GES-lərin 2028-ci ilin əvvəlinə istismara verilməsi planlaşdırılır.

Alparslan Bayraktar qeyd edib ki, son 23 ildə Türkiyədə bərpaolunan enerji sahəsində “əsl inqilab” baş verib. “Türkiyənin Günəş və külək energetikasının ümumi gücü 40 min MVt-a çatıb. 2035-ci ilə qədər bu göstəricini üç dəfə artırmağı planlaşdırırıq”, – deyə nazir vurğulayıb və Səudiyyə Ərəbistanı ilə sazişi “dövlətlərarası münasibətlərdə strateji addım” adlandırıb. Həmçinin qeyd edib ki, Sivas və Karaman vilayətlərində GES-lər 2,1 milyon abunəçini elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: